Kişilər üçün-ailə həyatını daha da xoşbəxt etmək qaydaları

l. Heç vaxt öcəşməyin!!! Ailə həyatınızı məzara sürükləyən ən qısa yol. Deyingənlik və öcəşkənlik məhəbbətin puç edilməsi üçün cəhənnəm iblislərinin icad etdikləri bütün cəhənnəm əzablarının ən əzablısıdır.
Qadının öcəşkənliyi və davakarlığı kişinin öz ailəsini atmasının başlıca şərtlərindən biridir. Çox qadınlar xırdaçılıq edib hər şeyə qulp qoymaqla özlərini ailə həyatı üçün tədricən məzar qazmışlar.
2. Həyat yoldaşınızın xasiyyətini dəyişdirməyə çalışmayın. Sevin və yaşamağa mane olmayın.
Ailə həyatında münasib həyat yoldaşı tapmaqdan daha vacibi münasib həyat yoldaşı olmağı bacarmaqdır.
insanlarla ünsiyyətdə ən əvvəl bunu bilmək lazımdır ki, onların vərdiş etdikləri tərzdə, özləri istəyən kimi yaşamalarına mane olmaq yaramaz, ancaq gərək bu vərdişlər bizim vərdişlərimizlə o qədər də kəskin ziddiyyətə girməsin.
Davamı →

Ailə səadəti üçün 39 məsləhət

1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.

4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.

5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.
Davamı →